


Seç.
Dünyanın ən dadlı ətləri. Set və ya ayrıca steyk? Seçim sizindir.
Qızart.
Qril elə sizin masanızdadır. İstər çox bişmiş, istərsə də az — bişmə dərəcəsi sizin ixtiyarınızdadır.
Bük.
Kahı, ət, ssamjang sousu — artıq sözə ehtiyac yoxdur.
Masanı rezerv edin
Koreya BBQ ənənəsini kəşf edin.

Wooga — Seul süfrə mədəniyyətinin zəngin irsini müasir müəllif baxışı ilə birləşdirən restorandır. Masaüstü qrildə seçmə ətlərin fərdi hazırlanma ritualı ənənəvi bançanlar, ətirli isti şorbalar və şefin özəl reseptləri əsasında yaradılmış təamlarla harmonik şəkildə tamamlanır.
Koreyada yemək bir ənənədir. Ətlər qrildə qızardılır, bançanlar süfrəyə düzülür, söhbət isə gecəyarısınadək uzanır. Biz bu ab-havanı Bakıya gətirdik.




Dünyanın ən dadlı ətləri. Set və ya ayrıca steyk? Seçim sizindir.
Qril elə sizin masanızdadır. İstər çox bişmiş, istərsə də az — bişmə dərəcəsi sizin ixtiyarınızdadır.
Kahı, ət, ssamjang sousu — artıq sözə ehtiyac yoxdur.
Ət setləri: ilk tanışlıqdan kral süfrəsinə qədər.

Yapon Wagyu A5, Black Angus ribeye və fileto. Qrilləşdirilmiş tərəvəzlər və Koreya bançanları ilə. Xüsusi günlərin seçimi.

Jumulluk, L.A. galbi, Suwon-style galbisal və xüsusi marinadda bulgogi. Dörd dad, dörd xarakter.

Mal döş əti, quzu qabırğası və ədviyyatlı toyuq budu. Qrilləşdirilmiş tərəvəzlər və bançanlarla.
Ribeye, fileto, L.A. galbi və jumulluk.
Fileto, galbi, ribeye və acı toyuq. Üç nəfər üçün.
Black Angus ribeye, striploin və qabırğa. İki nəfər üçün.
Acı toyuq, mal döşü və premium fileto.
Ya da süfrəni özünüz qurun. Ayrıca: Wagyu A5 Miyazaki, Prime Black Angus Ribeye, Tenderloin, L.A. Galbi, Jumulluk, Bulgogi.
Bazar ertəsi–cümə · 12:00–15:00




Hər lanç dəstinə daxildir: seçiminizə uyğun şorba (kimçi və ya Dak Qomtanq), Wooga imza salatı, sarı turp turşusu və ev limonadı.
Bayram günlərində lanç təqdim edilmir.
Ənənəvi yeməklər və şefin müəllif reseptləri.

Düyü, bulqoqi, göbələk, qıjı və kochujang sousu.

Dolğun, ətirli dəniz məhsulları və tərəvəzlə bişirilmiş əriştə.

Ev kimçisi, mal döş əti, göbələk və şüşə əriştə. Düyü ilə süfrəyə təqdim edilir.

Siçuan sousu, trüf yağı və xırtıldayan sarımsaq cipsləri.

Sarımsaq və çili ilə ətirli yağda bişmiş yaşıl soya.

Düyü, nori və dönə-dönə dadmaq istəyəcəyiniz inqredientlər.

Kimçi, xırtıldayan turşular və təzə tərəvəzlər adətən steykdən əvvəl süfrəyə sifariş edilir.

Hər zaman Sizin yolunuzu gözləyirik.